"TikTok"dan YENİLİK: videoları artıq bu formada çəkmək mümkün olacaq

MARAQLI
12:57 31.01.2024
303
"TikTok” istifadəçiləri üfüqi və uzun videolar çəkməyə təşviq edir. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu şəkildə çəkilən videoların daha çox baxış qazanacağını bildirən platforma hər keçən gün "YouTube”a bənzəyir.

"TikTok” şaquli video platforması istifadəçilərdən telefonlarını çevirərək üfüqi videolar çəkməyə başlamalarını istəyir.

Bəzi istifadəçilərə bildirişlər göndərən proqram məzmun yaradıcılarını bir dəqiqədən uzun üfüqi videolar yayımlamağa təşviq edir.

TikTok həmçinin məzmun yaradıcıları üçün "Video Görünüş Gücləndiricisi" adlı funksiyanı işə salıb.

Bu funksiya üfüqi vəziyyətdə ən azı 1 dəqiqəlik daha çox video tövsiyə edir və bununla da baxışların sayını artırır.

Ayşən

OXŞAR XƏBƏRLƏR