Tiktoker insan alverinə görə həbs olundu

Tiktoker insan alverinə görə həbs olundu
SOSİAL
11:47 11.04.2026
1079
Sosial şəbəkələrdə "Enoor” adı ilə tanınan Elnar Quliyeva cinayət məsuliyyətinə cəlb edilib.

AZXEBER.COM xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə o saxlanılıb.

Elnar Quliyevaya qarşı Cinayət Məcəlləsinin 144-cü (insan alveri) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin müvafiq qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq tədbirləri davam etdirilir.
 
qafqazinfo
OXŞAR XƏBƏRLƏR