Timatinin Qazaxıstan konserti ləğv ola bilər

Timatinin Qazaxıstan konserti ləğv ola bilər
MAQAZİN
12:06 31.10.2025
69
Rusiyalı müğənni Timatinin qazaxıstanda baş tutacaq konsertinin ləğv ediləməsi tələb olunur.
 
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb müğənninin Qazaxıstanın neytral mövqeyinə zidd olan Rusiyanın hərbi təcavüzünü açıq şəkildə dəstəkləməsi olub.

Sənətçi qazax pərəstişkarlarına müraciət edərək konsertini ləğv etmək niyyətində olmadığını ildirib:

"Əssalamu aleykum, Qazaxıstan! Yeddi ildir ki, ora gəlmirəm. Amma noyabrda bunu düzəldəcəyik. Konsert həqiqətən möhtəşəm olacaq. Görüşənədək!" deyə o qeyd edib.

Xatırladaq ki, daha öncə  müğənnilər Akmal və Poilina Qaqarinanın konsertləri də eyni səbəblə ləğv edilib.
 
Aysel
OXŞAR XƏBƏRLƏR