Azərbaycanın tanınmış prodüseri Tolikin (Tarix Əliyev) atasının ürəyindən ağır əməliyyat keçirdiyi üçün depresiyaya düşməsi çoxlarına məlumdur.Atasının səhhətində yaxşılaşma görən prodüser probemlərdən uzaqlaşmaq üçün vətəni tərk edərək dünyanın ən gözəl məkanlarına yollanaraq stress atıb.AZXEBER.COM-un məlumatına görə, Malaziyanın Kuala Lumpur şəhərində 3 gün qalan Tolik sonradan Sinqapura gedib.Yaxşıca dincələn prodüsser həm şəhərin ağır mühitindən, həm də yaşadığı depresiyadan çıxıb.Qeyd edək ki, dünya gəzintisini başa vuran Tolik dekbarın 5-də Bakıya qayıdır.