Tolik: 'Biz buna Aygün Kazımova ilə razılaşıb qərar verdik'
MAQAZİN
10:42 22.01.2013
1865
Xalq artisti Aygün Kazımova və məşhur prodüser Tolik (Tarix Əliyev) yollarını ayırdılar.AZXEBER.COM-un məlumatına görə, prodüser bu barədə şəxsi "Facebook" bəyan edib və bu açıqlaması ilə son zamanlar gəzən söz-söhbətlərə nöqtə qoydu.Tolik Aygün Kazımova ilə işbirliyinə son qoyduqlarını belə ifadə edib: "Bir il ərzində çalışdığım Aygün Kazımova ilə iş fəaliyyətimizə son qoyuldu. Bu, ikitərəfli razılaşma əsasında baş verdi. Hamıdan bunu düzgün formada təhlil etməyi xahiş edirəm. Fanatlara, "Facebook" istifadəçilərinin nəzərinə çatdırım ki, hazırda Aygun xanımla aramızda heç bir inciklik olmayıb. Və, ayrılmağımız normal şəkildə həyata keçdi".