Tolik:" Xalq üçün nə etmisən ki, fəxri ad istəyirsən?"

Tolik:" Xalq üçün nə etmisən ki, fəxri ad istəyirsən?"
MAQAZİN
22:29 15.11.2025
257
Tarix Əliyev bir neçə gün öncə müsahibəsində fəxri ad almaq istədiyini deyən müğənni Samir Bağırovu tənqid edib.

AZXEBER.COM xəbər verir ki, Tolik Samir Bağırovun bu ada layiq olmadığını iddia edib.

"İndi müsahibələrin birinə baxıram, Samir Bağırov da fəxri ad almaq istədiyini deyib. Doğrudan da bu ölkədə çox qəribə bir tendensiya var: üç mahnı yazdırıb restoranlarda oxuyanlar, bir dəfə də olsun xalq üçün konsert verməyənlər gəlib ad istəyirlər.

Əksəriyyəti xalq tərəfindən tanınmayan müğənnilər fəxri ad almaq sevdasındadır. Hansı əziyyətə, hansı işinizə görə? Nə etmisiniz Azərbaycan mədəniyyəti üçün? Harada, necə çıxış etmisiniz ki, ad iddia edirsiniz?" — deyə Tolik qeyd edib.

Aysel
OXŞAR XƏBƏRLƏR