Showlife.Az xəbər verir ki, Tolik gənc müğənni Sevda Yahyayeva ilə işbirliyinə son qoyub. Prodüser özü bu haqda şəxsi "instagram" səhifəsində yazıb.
Qeyd edək ki. bir neçə saat bundan öncə Tolik Showlife.Az-a açıqlamasında Sevda haqda xoş sözlər demişdi: "Mən işlədiyim adamların heç birini kiməsə görə tapdalamaram. Sabah mənim bacımın ad günüdür. Sevda da sabah ATV-də yayımlanan verilişdə mənim bacım üçün tort gətirəcək. Yəni bizim aramıza heç kəs nifaq sala bilməz"
Tolikin anidən niyə belə qərara gəldiyi bilinmir. Mövzuya yenidən qayıdacağıq.