Tolikin səhhəti pisləşdi - təcili xəstəxanaya yerləşdirildi - VİDEO

Tolikin səhhəti pisləşdi - təcili xəstəxanaya yerləşdirildi - VİDEO
MAQAZİN
00:08 23.01.2026
1030
Məşhur teleaparıcı Tarix Əliyevin (Tolik) səhhətində qəfil problem yaranıb və o, tibbi nəzarətə alınıb.

AZXEBER.COM xəbər verir ki, gün ərzində canlı yayım zamanı özünü narahat hiss edən aparıcının vəziyyəti axşama doğru daha da ağırlaşıb. Arterial təzyiqinin kəskin yüksələn Tolikin müayinələr zamanı həm təzyiqinin, həm də saturasiya (qanda oksigen) göstəricilərinin kritik həddə olduğu müəyyən edilib.

Vəziyyətin ciddiliyini nəzərə alan həkimlər aparıcının stasionar şəraitdə qalmasını vacib hesab ediblər. Mütəxəssislər ona səhhəti tam bərpa olunana qədər iş rejimini dayandırmağı və gərginlikdən uzaq durmağı qəti şəkildə tapşırıblar.
 
/Milli.az

OXŞAR XƏBƏRLƏR