Tom Kruz bu hərəkətiylə Paris Olimpiadasına damğa vurdu

DÜNYA
13:48 12.08.2024
181
Tanınmış amerikalı aktyor Tom Kruz Olimpiadanın bağlanış mərasiminə iz qoyub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, məşhur aktyor heç bir dublordan istifadə etmədən stadionun damından səhnəyə atlayıb.
 
Onun bu addımı alqışlarla qarşılanıb. 

Qeyd edək ki, 80 min tutumlu Stade de France stadionunda təşkil edilən bağlanış mərasimini Fransa prezidenti Emmanuel Makron Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax ilə birlikdə izləyib.
 
Cəmalə
OXŞAR XƏBƏRLƏR