Aktrisa 32 kilo arıqlayıb.
“Toppuş bacı” adı ilə tanınan əməkdar artist Tünzalə Əliyeva 32 kiloqram arıqlayıb.
AZXEBER.COM Qaynar.info-ya istinadla xəbər verir ki, bu barədə aktrisa ANS-də yayımlanan verilişlərin birində deyib.
O, bildirib ki, çəkisini 80 kiloqrama qədər azaltmaq niyyətindədir:
“Pəhriz saxladım və 64 kilo arıqladım. Daha sonra pəhrizimi pozdum. Bundan sonra daha çox kökəldim və arıqlaya bilmədim. Sonda əməliyyat olundum. Düşündük ki, mədəmi kiçiltmək lazımdır. Nəhayət, mədəmi kiçiltdirdim. Bunun nəticəsində 32 kilo arıqladım. İndi bacardığım qədər pəhriz saxlamalıyam ki, mədəm genişlənməsin. İki ildə 6 dəfə əməliyyat olunmuşam. Həkim soruşdu ki, nə qədər arıqlamaq fikrindəsən? Dedim, 80 kiloqram olmaq istəyirəm. O da söz verdi ki, fevrala qədər 80 kiloqram olacaqsan. Hazırda 118-119 kiloqram olaram”.


