‘‘Torqovı’dakı mağazaların 80%-də yalançı endirim kampaniyaları keçirilir’

İQTİSADİYYAT
15:36 27.12.2013
3061

“Onlar yalançı endirim kampaniyaları ilə yalnız insanları aldatmağı bilirlər”.

Bunu AZXEBER.COM-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov yalançı endirim kampaniyası keçirən şirkətlərin istehlakçıları aldatmasından və rəsmi qurumların buna nəzərət etməməsindən danışarkən söyləyib:

“Ümumiyyətlə şirkətlərin yalançı endirim kampaniyası ilə insanları aldatması artıq ənənə halını alıb. Lotereya keçirən şirkətlərin sayı bu gün yüzlərlədi və heç bir rəsmi qurum bu prossesə nəzarət etmir. Yalnız ictimaiyyət məsələnin üstünə gedəndən sonra, onlar araşdırmalara başlayırlar. Bu gün Nizami küçəsi – “Torqovı” ilə gedəndə mağazaların 80%-nin şüşəsində yalançı endirim kampaniyaları ilə bağlı məlumatlar yazılır. Qanuna görə, məhsulların əksəriyyətinin sertifikatı və qiymət cədvəlləri yazılmalıdır. İstehlakçılar aldıqları endirim məhsullarının bundan öncəki rəsmi satış qiymətini tələb etmək hüququna malikdirlər. Ancaq təəssüflər olsun ki, bizim ölkədə buna əməl edən satış mərkəzi yoxdur. Onlar yalançı endirim kompaniyaları ilə yalnız insanları aldatmağı bilirlər”.

Xatırladaq ki, bu gün ‘İrşad Telekom’ şirkətinin keçirdiyi yalançı endirim kompaniyası ilə bağlı Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK)rəsmi açıqlaması yayılıb.

Belə ki, şirkət "Möhtəşəm kredit kampaniyasının iştirakçısı ol - Kubaya səyahət qazan" adlı stimullaşdırıcı lotereyanın keçirilməsinəheç bir hüquqi razılaşdırma əldə etmədən başlayıb və bununla da həm qanunu, həm də istehlakçı hüquqlarını pozub.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR