Tovuz rayonunda dəhşətli intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, İbrahimhacılı kəndində, kənd sakini 1998-ci il təvəllüdlü Zülfiyev Şahmur Şakir oğlu özünü öldürüb. Kənd məktəbinin 7-ci sinfində oxuyan yeniyetmə həyətdəki ərik ağacından özünü asıb.