Tovuzda məktəblilər arasında dava bıçaqlanma ilə nəticələnib

Tovuzda məktəblilər arasında dava bıçaqlanma ilə nəticələnib
KRİMİNAL
13:46 29.11.2013
2327
Tovuz rayonunda məktəblilər arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.

Tovuz rayon Polis Şöbəsindən  verilən məlumata görə, hadisə rayonun Alakol kəndində baş verib. Məlumata görə, kənd sakini 15 yaşlı Kamran Quliyev bıçaq xəsarətləri ilə Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Məktəbli döş qəfəsinin deşilmiş-kəsilmiş yarası diaqnozu ilə cərrahiyyə şöbəsində əməliyyat edilib. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Tovuz rayon Polis Şöbəsindən bildiriblər ki, K. Quliyevin məktəbli yoldaşları ilə mübahisə edib. Faktla bağlı araşdırma aparılır.(APA)

OXŞAR XƏBƏRLƏR