Yük maşını cipləri əzdi.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hindistanın şərqində, Benqaliya ştatının paytaxtı Kəlküttədə yük maşını ilə iki cip toqquşub.
Yüksək sürətlə hərəkət edən yük maşını sürücü idarəetməsindən çıxaraq qarşıdan gələn cipləri əzib.
Ciplərdə olan 19 nəfərdən 16-sı yerindəcə keçinib. Digər 3 nəfər isə xəstəxanada ölüb.
Yük maşınının sürücüsü isə xəsarət almayıb. Polis həmin sürücünü həbs edib.
Məlumata görə, cipdə dünyasını dəyişənlər Şahapur kəndindən toydan qayıdırlarmış.
Qeyd edək ki, Hindistanda yolların pis gündə olması, avtomobillərin çox köhnə olması və sürücülərin diqqətsizliyi səbəbindən hər il 110 min nəfər yol qəzalarında dünyasını dəyişir.