"Toylara 50 nəfərin iştirakı ilə icazə verilməlidir" - Deputat

"Toylara 50 nəfərin iştirakı ilə icazə verilməlidir" - Deputat
SOSİAL
11:18 18.03.2021
415
"Əhali arasında gərginlik yaşanmasın deyə ictimai nəqliyyatda karantin qaydalarına əməl edilib-edilməməsi ilə bağlı yoxlamalar azaldılıb".

Bunu ARB24-ün "İş vaxtı” verilişinin qonağı millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, aidiyyəti orqanlar tərəfindən yoxlamalar aparılmasa belə, vətəndaşlar özləri qaydalara əməl edilməsində məsuliyyətli olmalıdır:

"Əhalinin psixoloji gərginlik yaşadığı dövrdür. Pandemiya hər kəsə mənfi təsir edib və insanlar arasında əsəb, gərginlik mühiti var. Hüquq mühafizə orqanları və müvafiq qurumlar da əhalini bu təmaslarla daha da gərginlik yaşamasını istəmirlər. Vətəndaşların özü də sərt karantin tətbiq edilməməsi üçün qaydalara əməl etməlidir. Bunu cərimələnməmək üçün deyil, vətəndaş özü könüllü etməlidir”. 

Millət vəkili onu da qeyd edib ki, qadağaların tətbiqi əhali arasında gərginlik yaradar və onların vəziyyətini ağırlaşdıra bilər:

"Daha çox sosial gərginlik toy məsələləri ilə bağlıdır. Vətəndaşlara 50 nəfərin iştirakı ilə qaydalara əməl etməklə öz bağ evlərində, həyətlərində və restoranlarda toy keçirməsinə icazə verilməlidir. Bu qadağalar gələcəkdə ciddi demoqrafiq problemlərə çevrilə bilər. Bu səbəbdən məhdudlaşmanın müəyyən dərəcədə olmasının tərəfdarıyam. Lakin sərt karantin rejiminin tətbiq edilməsi vətəndaşların durumunu bir az da ağırlaşdıra bilər”.
 

OXŞAR XƏBƏRLƏR