TQDK iyunun 8-də keçirilən buraxılış imtahanlarının nəticələrini açıqlayıb
14:00 11.06.2012
1415
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyun ayının 8-də keçirilən buraxlış imtahanlarının nəticəsini açıqlayıb. ANS PRESS-in TQDK-ya istinadla verdiyi məlumata görə, tam orta təhsil bazasında (11 illik) keçirilmiş buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavabların sayı 5-dən az olmayan şagirdlər müvafiq fənn üzrə müvəffəq qiymət alırlar. Şagirdlərin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğun qiymətləndirilib.