"TQDK-nın ləğvinin imtahanlara təsiri olmayacaq" - Vurğun Əyyub

SOSİAL
14:59 12.04.2016
1595
"Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ləğvinin ali məktəblərə keçirilən qəbul imtahanlarına təsiri olmayacaq".
Bu sözləri Avropa info-ya açıqlamasında TQDK-nın ilk sədri olmuş Vurğun Əyyub bildirib.
Vurğun Əyyub deyib ki, qurumun yalnız adı dəyişdirilib.
"TQDK-nın ləğv olunması ortaya başqa nəticələr çıxarmır. Sadəcə, qurumun adı dəyişilib və daha böyük bir qurumla birləşdirilib. Onun funksiyaları və səlahiyyətləri daha da artırılıb",- deyə Vurğun Əyyub bildirib.
Xatırladaq ki, dünən prezident İlham Əliyev Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Yeni yaradılan bu mərkəz artıq həm təhsil müəssisələrinə tələbə, həm də dövlət qulluğuna işçi qəbulu həyata keçirəcək.

OXŞAR XƏBƏRLƏR