"Trabzonspor" Emre Moru almaq istəyir

"Trabzonspor" Emre Moru almaq istəyir
İDMAN
14:02 14.08.2025
138
"Trabzonspor" "Fənərbaxça"dan Emre Moru transfer etmək istəyir.
 
AZXEBER.COM xəbər verir ki, klub baş məşqçi Fatih Tekkenin istəyi ilə 28 yaşlı cinah oyunçusu üçün "Fənərbağça"ya 800 min avroluq təklif göndərmək istəyir.

Ötən mövsümü icarə əsasında "Eyüpspor”da keçirən futbolçu "Sarı Kanaryalar”a qayıtdıqdan sonra Joze Mourinyonun rəğbətini qazana bilməyib.
  
Qeyd edək ki, 28 yaşlı futbolçu "Eyüpspor"da 22 oyunda 2 qol vurub və 4 məhsuldar ötürmə edib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR