Tramp İranla hərbi müdaxiləsiz razılığa gəlmək istəyir
DÜNYA
02:48 28.02.2026
612
ABŞ Prezidenti Donald Tramp İranla razılaşmanın güc tətbiqi olmadan əldə olunmasının tərəfdarıdır.
Bu barədə AZXEBER.COM "Fox News"a istinadən xəbər verir.
"Əgər biz hərbi müdaxilə etməsək, daha yaxşı olardı, amma bəzən buna məcbur qalırıq", - Ağ Ev rəhbəri deyib.
O, ABŞ-nin hazırda dünyanın ən güclü ordusuna sahib olduğunu bildirib.