2024-cü il prezident seçkilərinə qatılıb-qatılmaması mübahisəli olan sabiq ABŞ Prezidenti Donald Trampın səsvermədə qalmasına qərar verilib.
AZXEBER.COM Qərb mediasına istinadla xəbər verir ki, bunu ABŞ-ın seçki orqanının nüfuzlu dövlət katibi Şirli Veber Trampın 5 mart 2024-cü ildə keçiriləcək ilkin seçki bülletenlərində görünəcəyini açıqlayıb.
Seçkilərin siyasi fərqlilikləri aşan bir şəkildə qorunmasının daha kritik olduğuna diqqət çəkən Veber "Konstitusiyanın 14-cü maddəsinin 3-cü bəndinə uyğun olaraq bir namizədin seçki bülletenindən çıxarılması, büromun yüngül görəcəyi bir şey deyil", - deyib.
Miçiqan Ali Məhkəməsi əvvəlki gün edilən ərizəni rədd edərək, keçmiş prezident Trampın 6 yanvar Konqresə basqınındakı roluna görə 2024-cü il prezident seçkilərində səsvermə bülletenindən çıxarılmasını tələb etmiş və onun prezidentlik yarışına girə biləcəyinə qərar verib.
2024-cü il prezident seçkiləri yaxınlaşdıqca, 6 yanvar Konqresə hücumda iştirak etdiyi üçün Konstitusiyanın 14-cü maddəsinə əsasən seçki bülletenində ola bilməyəcəyi səbəbiylə Trampa qarşı bəzi ştatlarda iddia açılıb.
Dünən Men ştatı Konstitusiyanın eyni maddəsinə əsaslanaraq Trampın Respublikaçılar Partiyasının sıralarında iştirak edə bilməyəcəyinə qərar verib.
Hər iki ştatın qərarına əsasən, Respublikaçı namizədlərin yarışacağı 5 mart 2024-cü ildə Kolorado və Men ştatlarında keçiriləcək ilkin seçkilərdə Trampın adı bülletenlərdə olmayacaq.
Ştatlarda seçki yarışı ilə bağlı yekun qərarı ABŞ Ali Məhkəməsi verəcək.
Mikayıl