Tramp: Qrenlandiyaya sahib olmalıyıq

Tramp: Qrenlandiyaya sahib olmalıyıq
DÜNYA
12:49 23.12.2025
111
ABŞ Prezidenti Donald Tramp Danimarkanın muxtar ərazisi olan Qrenlandiyaya xüsusi elçi təyin edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Qrenlandiyaya olan sevgisi yenidən alovlanıb. Vaşinqton və Kopenhagen arasında gərginlik isə artıb. Gərginlik Trampın  Danimarka adasına xüsusi elçi təyin etməsi ilə alovlanıb.

Tramp ilk açıqlamasını sosial media platformasında verib. O, Luiziana qubernatoru Ceff Lendriyə yeni vəzifəsində uğurlar arzulayıb.

O, paylaşımında "Ceff müttəfiqlərimizin və dünyanın təhlükəsizliyini təmin etmək üçün ABŞ maraqlarını güclü şəkildə irəli sürəcək” deyə bildirib.

Lendri sosial mediada verdiyi açıqlamada Trampa təşəkkür edib və Qrenlandiyanı ABŞ ərazisi etmək üçün çalışacağını bildirib.

Gülay
OXŞAR XƏBƏRLƏR