Tramp: Səhhətim mükəmməl vəziyyətdədir

Tramp: Səhhətim mükəmməl vəziyyətdədir
DÜNYA
17:36 02.01.2026
116

ABŞ Prezidenti Donald Trampın səhhəti əla vəziyyətdədir.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, o bu barədə özünün "Truth Social” hesabında yazıb.

"Ağ Evin həkimləri indicə məruzə etdilər ki, səhhətim əladır. İndiyə qədər heç bir digər prezidentin, vitse-prezidentin keçmək istəmədiyi koqnitiv yoxlanışım mükəmməl keçib. Düşünürəm ki, prezidentliyə və ya vitse-prezidentliyə namizədlik irəli sürən istənilən insan bu güclü, mənalı və sübut olunmuş koqnitiv yoxlanışdan keçməlidir. Bizim böyük ölkəmiz axmaq və bacarıqsız insanlar tərəfindən idarə oluna bilməz”, - Tramp vurğulayıb.
OXŞAR XƏBƏRLƏR