Tramp Tailand və Kambocanı yeni rüsumlarla hədələdi

Tramp Tailand və Kambocanı yeni rüsumlarla hədələdi
DÜNYA
10:21 14.12.2025
98
ABŞ Prezidenti Donald Tramp Tailand və Kambocaya döyüş əməliyyatlarını dayandırmadıqları təqdirdə, hər iki ölkəyə qarşı yeni rüsumlar tətbiq etməklə hədələyib.

AZXEBER.COM xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə "The Wall Street Journal" nəşrinə müsahibəsində deyib.

"Onlarla danışdım, dedim ki, əgər siz müharibə aparsanız, mən nəinki ticarət razılaşmamızı ləğv edəcəyəm, həm də ölkələrinizə qarşı rüsumlar tətbiq edəcəyəm", - deyə o, iki ölkənin rəhbərləri ilə telefon danışığından bəhs edərkən bildirib.

Tramp qeyd edib ki, tariflər onun xarici siyasətinin effektiv vasitəsidir.
 
/oxu.az
OXŞAR XƏBƏRLƏR