Trampdan şok açıqlama - İran bu gecə İsrailə hücum edəcək

Trampdan şok açıqlama - İran bu gecə İsrailə hücum edəcək
DÜNYA
23:29 05.08.2024
307
HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi İsrail-İran münasibətlərini kökündən sarsıdıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-nin sabiq prezidenti, yenidən prezidentliyə namizəd Donald Tramp İsrailin bu gecə İranın hücumuna məruz qalacağını deyib.

Trampın sözlərindən sonra ABŞ Dövlət Departamenti İranın hücum edəcəyi təqdirdə İsraili müdafiə edəcəklərini təkrarlayıb.
 
ABŞ Dövlət Departamenti Trampın bəyanatından sonra deyib:

"Biz İrana açıq şəkildə bildirdik ki, hücum olacağı təqdirdə İsraili müdafiə edəcəyik".

Qeyd edək ki, Tramp bu məlumatı haradan əldə etdiyini açıqlamayıb. 

Mikayıl
OXŞAR XƏBƏRLƏR