Trampdan USAİD-lə bağlı mühüm QƏRAR - 2 min işçini məzuniyyətə göndərdi

DÜNYA
10:37 24.02.2025
201
DOGE-nin rəhbəri, Trampın müşaviri İlon Mask USAİD menecerləri ilə yaşadığı problemlərə görə işçilərin inzibati məzuniyyətə göndərildiyini açıqlayıb. 

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Prezident Donald Trampın və Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) xarici yardımı dayandırmaq qərarının davamı olaraq USAİD əməkdaşlarına göndərilən bəyanatda onların işlərinə xitam verildiyi bildirilib.

USAİD əməkdaşlarına göndərilən yazılı bildirişdə deyilir:

"23 fevral 2025-ci il, saat 23:59-a kimi, kritik missiyalar, əsas rəhbərlik və xüsusi təyin olunmuş proqramlar üçün məsul işçilər istisna olmaqla, USAİD-də birbaşa işləyən bütün işçilər bütün dünyada inzibati məzuniyyətə göndəriləcək”. 

Sözügedən proses ABŞ-də federal hakimin Tramp administrasiyasına ölkə daxilində və xaricində çalışan minlərlə USAİD əməkdaşını işdən çıxarmağa icazə verməsindən sonra baş verib. 

Qeyd edək ki, ABŞ Dövlət Departamenti  yanvarın 27-də nazirlik və USAİD tərəfindən maliyyələşdirilən bütün xarici yardımların dayandırıldığını açıqlayıb.

Mikayıl
OXŞAR XƏBƏRLƏR