ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə Budapeştdə keçirməyi planlaşdırdığı görüşü ləğv etməsi Moskvanın sərt reaksiyasına səbəb olub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib.
O deyib ki, Moskva Ukrayna ilə bağlı məsələdə mövqeyini dəyişmir və "Ukraynadakı hərbi əməliyyatların məqsədinə çatmasından başqa alternativ yoxdur”.
Zaxarova vurğulayıb ki, Ukrayna tərəfsiz və silahsızlandırılmış dövlət olmalı, ölkədəki rusdilli əhali üçün hüquqi və təhlükəsizlik təminatları yaradılmalı, həmçinin Ukrayna Pravoslav Kilsəsinin fəaliyyətinə heç bir maneə törədilməməlidir.
Rusiya rəsmisi həmçinin qeyd edib ki, ABŞ-ın enerji şirkətlərinə qarşı sanksiya qərarları Moskva üçün problem yaratmayacaq, çünki Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları da gözlənilən effekti verməyib.
Şahanə Ziyad








































