11:34 çərşənbə, 17 Oktyabr 2018
İDMAN

"Transfer siyahımızdadır" - Qurban Qurbanovdan Ozobiç açıqlaması

13:27, 30.05.20184179
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov yerli klublardakı bəzi futbolçularla maraqlandıqlarını təsdiqləyib.

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis "Qəbələ"dən Filip Ozobiç, "Sumqayıt"dan Cavid İmamverdiyev, "Səbail"dən isə Rahil Məmmədovun transfer siyahısında olduğunu açıqlasa da, bu transferlərin baş tutacağını indidən deməyin tez olduğunu vurğulayıb:

"Belə söz-söhbətlər harada gəzir? (gülür) Gəlin, bu gün millidən danışaq. Onlar transfer siyahımızda var. Sadəcə, bəzən olur ki, futbolçunu transfer etmək mümkün deyil, lakin onu transfer siyahımızda saxlayırıq".
XƏBƏR LENTİ