Böyük Britaniyada maraqlı eksperiment sınaqdan keçirilir
Artıq ictimai ayaq yollarında da insanlar video oyunlar oynaya biləcək. Britaniyanın “Captiv Media” şirkəti eksperimental ayaq yolunu işə salıb. Ən qəribəsi odur ki, içəridə quraşdırılmış 30 sm ekranların üstündə idarəetmə coystiki yoxdur. Oyuna başlamaq üçün istifadəçi öz tələbatını ödəməlidir. Xal toplamaq üçün tələbatı ödəyən zaman ekranda göstərilən qaydada sağı və solu hədəfləmək lazım gəlir. Unitazda quraşdırılmış infraqırmızı sensor hədəfin düzgün və ya yalnış seçildiyini müəyyən etməyə imkan verir. Müştərilər işini bitirdikdən sonra yığdığı xalları “Twitter”ə də yollaya biləcək. “Captiv Media” şirkəti “Tualet əyləncəsi” sahəsində pionerlərdən olsa, da ayaq yolunu video oyunla təmin etmiş ilk şirkət deyil. Belə ki, bundan əvvəl Yaponiyanın məşhur video oyun və avadanlıq istehsalçısı SEQA ayaq yolunda coystikli oyun platforması quraşdırmışdı.