Tuba Büyüküstün ilin ən yaxşısı seçilib

MAQAZİN
20:00 25.11.2013
1290

MBC.net saytı ilin ən yaxşı aktrisalarının siyahısını hazırlayıb

Türk aktrisası Səudiyyə Ərəbistanının ən gözəl xanımı seçildi. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ərəbistanın MBC.net saytı ilin ən yaxşı aktrisalarının siyahısını hazırlayıb. Onlar arasında qardaş ölkənin aktrisaları da yer alıb. Songül Ödən, Cansu Dərə, Beren Saat, Farah Zeynəb Abdullah kimi məşhurların da yer aldığı anketdə birinci yerdə Tuba Büyüküstün qərarlaşıb. İkinci Songül Ödən, üçüncü Beren Saat olub. Nurgül Yeşilçay isə “ən yaxşı qadın aktrisası” kateqoriyasında 5-ci yeri tutub.

OXŞAR XƏBƏRLƏR