Tunay Əliyeva: Türkiyənin Oskarı mərasiminə Azərbaycandan tək mən çağırılmışdım, amma ... - FOTOLAR

MƏDƏNİYYƏT
15:42 08.12.2015
11409
Türkiyədə yaşayan və ustad dərsləri alan azərbaycanlı teleaparıcı və aktrisa Tunay Əliyevanın AZXEBER.COM-a müsahibəsi- Tunay, xanım artıq bir neçə müddətdi ki, Türkiyədəsiz. Bunun səbəbi nədir?
- Bəli, bildiyiniz kimi bir neçə aydır ki, İstanbuldayam....Bunun səbəbi Türkiyənin böyük sənətkarı olan Ayla Alqadan dərs almağımdır. Bildiyiniz kimi mən Azərbaycanda iki filmdə baş rol canlandırmışam "Əzizim felini " və " Ultionis". Bundan başqa bir il boyunca "Qaynana" serialında oynamışam. 8-ə yaxın televiziya lahiyəsində aparıcı olmuşam .Amma son dövrlər TV rəhbərlərinin istedada yox, nə edir etsin efirdə ancaq reytinq versin prinsipləri məni efirdən uzaqlaşdırdı. Sağ olsun teleradio şurasının sədri Nüşirəvan Məhərrəmli son vaxtlar çox düzgün addımlar atır, televiziyada baş verən bu biyabırçılığa qarşı .Amma nə edək ki, bunun tam olaraq düzəlməsı üçün zaman lazımdır. Mənim isə vaxtım yoxdur. Mən gəncəm və indi çox böyük işlər görməyə enerjim var. Mən axı oturub nə qədər gözləməli idim ki, görək hansı televiziya rəhbərinin yadına düşəcək ki, belə istedadlı aparıcı var. Bəlkə filan layihəni ona verək, mən nə qədər gözləməli idim ki, hansısa rejisor fikirləşəcək ki, bu rolu küçədən keçən hansısa qıza yox məhz Tunaya verim?
Hə deyəcəksiniz ki, sizə bəyəm təkliflər gəlmirdi ki? Gəlirdi əlbəttə. Amma efirdə tullanıb- düşmək lazım idi onlara. Mənim uğuruna inandığım filmlərdən bir dəyərli təklif gəldi. O zaman mən artıq İstanbula biletimi almışdım. “Axırıncı yol” filmindən təklif gəldi, böyük məmnuniyyətlə çəkilərdim, amma artıq gec idi.

- Dediniz ki, Türkiyədə ustad dərsləri alırsız. Türkiyədəki sənət təhsili ilə Azərbaycandakının oxşar və fərqli cəhətləri hansılardır? 
- Türkiyədəki sənətə yanaşma ilə Azərbaycandakı dırnaqarası sənət professorlarının yanaşmasını məncə müqayisə belə etməməliyik. Azərbaycanın böyük sənətkarları var. Amma deyin görüm neçəsini efirdə görrsünüz? Əsl sənətkarları tanınmayıb, ortalıqda tullanıb-düşənləri daha çox tanımasının birinci günahkarı televiziya rəhbərləridir. Əlbəttə ki, istəyən oturub araşdıra bilər və tanıya bilər. Dolayısı ilə televiziya nə verirsə millət də onu yeyir.

- Bu yaxınlarda "Kristal Fare" ödül töreninde idiz. Bu haqda məlumat verərdiz. 
- Bəli, bildiyiniz kimi “Kristal fare” mükafatlandırma mərasimini Türkiyənin Oskarı adlandırırlar. Bu mükafatlandırma televizya işçilərini və aktyorları mükafatlandırır. “Kristal fare” mükafatlandırma mərasiminə ilk dəfə Azərbaycanlı aktrisa dəvət olunmuşdu. O da mən idim. Hətta Türkiyənin birinci spikeri olan Halit Kvanç mənə “sən efir üçün doğulmusan” dedi. İnstaqram səhifəmdə şəkillərə baxa bilərsiniz. Bu cür böyük bir mükafatlandırma mərasiminə Azərbaycandan ilk olaraq Tunay Əliyevanı dəvət etmişdilər. Bəs bunu hansı sayt yazdı? Hansı televiziya verdi? Bilirsiniz niyə? Çünki onların başı bir- birini söyməyə, tullanıb-düşməklə reytiqdə olan qeyri-ciddi işlə məşğul olan şou-biznesə qarışıb.
- Azərbaycana qayıtmaq fikriniz var?
- Azərbaycan mənim vətənimdir. Mən Azərbaycandan getməmişəm ki, qayıdam da. Mən harda yaşamağımdan asılı olmayaraq Azərbaycan üçün yaşayıram və çalışıram. Mən Türkiyədə Azərbaycanı təmsil edirəm. Nə uğur əldə etsəm o uğur Azərbaycanımındı. Burda çox dostlarla tanış olmuşam və böyük sevgi və məsuliyyətlə Azərbaycanı onlara tanıdıram və sevdirirəm. Sadəcə televiziya rəhbərlərinin iş bilməməsindən, işə peşəkar yanaşmaması ucbatında iş problemim oldu vətənimdə və mən bura gəldim.
- Şəxsi həyatınızda nə yenilik var?
- Şəxsi həyatım təhsilim və balaca itim olan Happydi. Və bu il mənim üçün əlamətdar oldu. Çünki mən Azərbaycanda universiteti bitirdim və hüquq məzunu oldum.

- Türkiyəli oğlan ailə həyatı qurarsınızmı?
- Türk nə ermənidi, nə də rusdu. Dilimiz,mədəniyyətimiz eynidir. Sadəcə mənim kriteriyalarım var. Yəni mənim ailə quracağım insan tərbiyəli, mədəni, yüksək mənəvi keyfiyyətləri, həyatında azı 100 kitab oxumuş , böyük-kiçik yeri bilən, dar düşüncəli olmayan biri olmamalıdır. Belə biri qarşıma çıxarsa və mən də razı olsam bu iş olar. İntellekti zəif və kitab oxumayan kişilərlə beş dəqiqədən artıq söhbət edə bilmirəm.AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR