Turan İbrahimov: "Hər kəs mənim televiziyaya dönüşümdən çox şey gözləyir"

Turan İbrahimov: "Hər kəs mənim televiziyaya dönüşümdən çox şey gözləyir"
MEDİA
15:05 07.09.2011
2451
Tanınmış aparıcı Turan İbrahimov yeni mövsümə ANS Televiziyasında yeni layihə ilə start verəcək. Əyləncəli verilişlərin aparıcısı kimi tanınan, daha sonra isə ANS TV-də "Günəbaxan" verilişini aparan Turan İbrahimov bu dəfə özünü fərqli ampulada sınayacaq. Aparıcı yeni layihəsi ilə bağlı ANS PRESS-in suallarını cavablandırıb. Turan, yeni televiziya mövsümündə tamaşaçılarla görüşə yeni layihə ilə qayıdırsan. Nə layihədir belə? -Yeni layihəmizin adı "Açıq söhbət"dir. Cümə günləri saat 23:00-da ANS TV-də efirə çıxacaq. İlk verilişimiz isə sentyabrın 9-u yayımlanacaq. Debat üzərində qurulmuş tok-şou olacaq. Əsasən ictimai-siyasi və sosial mövzuları əhatə edəcək. Çalışacam ki, verilişdə ictimaiyyəti maraqlandıran bütün məsələlərlə bağlı müxtəlif baxış bucaqları təqdim olunsun. Ətrafında siyasi baxışlarından, dünya görüşündən və sosial statusundan asılı olmayaraq böyük auditoriyanı birləşdirsin. Nəticədə xalqımız üçün yararlı bir veriliş olsun. Maraqlı layihədir. Verilişin ilk buraxılışında hansı mövzunu müzakirəyə çıxaracaqsınız? -İlk olaraq təhsil sistemindəki problemlərdən danışacağıq və bu problemlərin çözüm yolunu axtaracağıq. "Açıq söhbət"də "Günə Baxan"da qazandığın uğuru qazanacağına inanırsan?  -"Günə Baxan" verlişində qazandığım uğur və nail olduğum hədəflər heç şübhəsiz çox böyük oldu. Amma bu mənim üçün yetərli deyil və etmək istədiklərim hələ irəlidədir. O verilişlə bir çox insanların güvəndiyi birinə çevrildiyimin də fərqindəyəm. Bu üzdən də hər kəsin mənim televiziyaya təkrar dönüşümdən çox şey gözlədiyini bilirəm. Bu isə öz – özlüyündə əlavə məsuliyyət deməkdir. “Açıq söhbət”in nə qədər uğurlu bir veriliş olacağını yalnız zaman göstərəcək. Bir şey deyə bilərəm ki, mən yaxşı alınması üçün əlimdən gələni edəcəm. Şou-biznesdən siyasətə gedən yolda nələr gördün?-Səmimi danışsaq mən heç vaxt sırf şou-biznesin mərkəzində olmamışam. Sırf televiziya fəaliyyəti ilə məşğul olmuşam. Televiziyada isə yaşıma uyğun olaraq o ankı ruhuma uyğun verilişlər hazırlamışam. İlk baxışda həmin verilişlər əyləncəli xarakterdə olsalar da, əslində ağıllı insanlar onlardakı sosial əhəmiyyəti də görməmiş deyillər. İndi isə artıq özümü daha ciddi verilişlərə hazır hiss edirəm. Bu həm mənim daxili istəyimin tələbidir, həm də bunun üçün uyğun şəraitin yetişdiyinə inanıram. Bu keçişin böyük bir qismini əslində "Günə Baxan"la etmişəm. "Açıq söhbət" isə artıq nöqtə, daha doğrusu nida olacaq. Deyirlər ki, Turan siyasətə ona görə keçib ki, yenidən deputatlığa namizədliyini verəcək? -Nə siyasət, nə də deputatlıq hədəf ola bilməz. Bunlar əslində sadəcə vasitə ola bilərlər. Hər bir insanın çalışdığı odur ki, özünü ifadə etsin, planlarını reallaşdıra biləcəyi mühiti formalaşdırsın. Bu hal təbii olaraq mənim üçün də istisna deyil. Jurnalist kimi görə bilmədiyin işləri deputat olarkən görə biləcəyinə inanırsan?
OXŞAR XƏBƏRLƏR