"Turan Tovuz” Şəhriyar Əliyevlə yollarını ayırıb.
Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
33 yaşlı mərkəz müdafiəçisinin klubla olan müqaviləsinin müddəti başa çatıb.
Klub Premyer Liqaya yüksəldiyi 2022/2023-cü illər mövsümündən etibarən formanı geyinən kapitana təşəkkür edib, gələcək karyerasında və şəxsi həyatında uğurlar arzulayıb.











































