"Turan Tovuz" Türkiyə toplanışı çərçivəsində bu gün ikinci yoxlama oyununda Türkiyənin I Liqa təmsilçisi "Keçiörengücü" ilə bərabərə qalıb.
AZXEBER.COM xəbər verir ki, qarşılaşmada hesab açılmayıb.
Qeyd edək ki, Azərbaycan Premyer Liqası təmsilçisi Türkiyədəki ilk sınaq matçında yerli "Çorum" klubu ilə heç-heçə (1:1) oynamışdı.