Türk çayının bilinməyən tərəfləri

MARAQLI
17:09 15.10.2011
1599
Türk çayının insan üçün faydalı tərəfləri məlum olub. Rize Ticarət Borsasının apardığı araşdırmalar göstərib ki, türk çayı insan bədəninin su balansını tənzimləyir, xərçəngə yoluxma riskini azaldır, xərçəng hüceyrələrinin yaranmasını əngəlləyir, gərginlik və yuxusuzluğu azaldır, dərini təravətləndirir, immun sistemini 5 qat möhkəmləndirir, beyin şişi riskini azaldır, həzmetmə prosesini yaxşılaşdırır.Bundan başqa, türk çayı sümükləri möhkəmləndirir, bədəndəki mineralların balansını qoruyur. Dişlərə də müsbət təsir göstərən çay, qan dövranını da asanlaşdırır, yorğunluq və depressiyanı aradan qaldırır.Dəm çaynikində qalan çayı atmayınRize Ticaret Borsası çayı dəmlədikdən sonra qalan xəkəsini atmamağı tövsiyə edir. Çayın xəkəsi də bir çox şeylərə xeyirlidir. Belə ki, ayaqlarınızdan pis qoxu gəlirsə, ayaqlarınızı ilıq çay dolu bir ləyəndə 10 dəqiqə saxlayın. Bundan sonra siz ayaq qoxusundan qurtulmuş olacaqsınız.

OXŞAR XƏBƏRLƏR