İyunun 24-ü, saat 12:00-da Azərbaycan Yazıçılar Birliyinin Natavan Klubunda Türkan Turanın "O" adlı esselər kitabının təqdimatı olacaq.
AZXEBER.COM xəbər verir ki, insanın hiss və duyğularının ən mübhəm, gizli qatlarına işıq salan bu esselərdə sevgi və ayrılığın, vurğunluq və heyranlığın qeyri-adi formada təsviri, daxili yaşantılar və keçirilən təlatümlər qələmə alınıb.
Maraqlanan hər kəs təqdimat mərasiminə dəvətlidir.
![](https://ssl.azxeber.com/file/pic/xeber/2019-06/1560940391_64594509_2767657136582946_3088706446515240960_n.jpg)