Türkiyə 32 alpinisti axtarış-xilasetmə üçün İrana göndərdi

Türkiyə 32 alpinisti axtarış-xilasetmə üçün İrana göndərdi
DÜNYA
23:06 19.05.2024
441
Bu gün İran Prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı məlumat aldıq.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb

"İran Xarici İşlər Nazirliyimiz vasitəsilə ölkəmizdən gecə görünüşlü axtarış-xilasetmə helikopter istədi. Van və Ərzurum vilayətlərindəki qurumlarımızdan 32 alpinist axtarış-xilasetmə heyəti və 6 nəqliyyat vasitəsi əraziyə getmək üçün yola düşdü. Bundan əlavə, Ankara, Diyarbəkir və Konyadan olan hər biri 15 nəfərdən ibarət alpinist axtarış-xilasetmə heyətimiz hazır vəziyyətdədir. Hadisələri izləyirik”, - AFAD qeyd edib.

OXŞAR XƏBƏRLƏR