Türkiyə "Eurovision"la bağlı qərarını verdi

MƏDƏNİYYƏT
20:37 06.04.2015
3733
Türkiyə “Eurovision 2015” Mahnı Müsabiqəsində iştirak etməyəcək.
AZXEBER.COM xəbər verir ki, “Eurovision”un mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu il iştirak edəcək ölkələr arasında Türkiyənin adı yoxdur:
“Türkiyə Yayım Şirkəti olan TRT yarışma üçün iştirakını vaxtında təsdiqləmədiyinə görə “Eurovision 2015”də iştirak etməyəcək”.
Qeyd edək ki, 2013-cü ildə səsvermə və püşkatma sisteminə etiraz edən Türkiyə yarışmaya qatılmayacağını açıqlasa da, bir müddət əvvəl TRT-nin baş direktoru Şenol Göka Avropa Yayım Birliyinin üzr istəməsi və TRT-nin tələblərini qəbul etməsindən sonra ölkənin yenidən müsabiqəədə iştirak edəcəyini açıqlamışdı

OXŞAR XƏBƏRLƏR