Türkiyə hava limanlarında "narıncı xəbərdarlıq" elan olundu

DÜNYA
12:53 24.10.2024
132
TUSAŞ-a təşkil olunan terror hücumundan sonra Türkiyədəki bütün hava limanlarında "narıncı xəbərdarlıq" elan olunub.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hava limanınların giriş-çıxışlarında sərnişinlər və nəqliyyat vasitələri diqqətlə yoxlanılır.
 
Qərardan sonra "Sabiha Gökçen" və "İstanbul" hava limanının giriş-çıxışında ehtiyat tədbirləri gücləndirilib. Hava limanına daxil olan və çıxan avtomobillərdə hərtərəfli axtarış aparılarkən, sərnişinlərin şəxsiyyət vəsiqəlıri bir-bir yoxlanılır.
 
Qeyd edək ki, "Qırmızı xəbərdarlıq” hava limanında ən yüksək təhlükəsizlik səviyyəsini təmsil edir. Qırmızı həyəcan siqnalından əvvəlki səviyyə isə  "narıncı həyəcan" adlanır. 
 
Aysel

OXŞAR XƏBƏRLƏR