Yanvarın 1-dən bu günə kimi həyata keçirilən terror əməliyyatlarında İraqın şimalında 186, Suriyanın şimalında isə 266 nəfər olmaqla məhv edilən terrorçuların sayı 452-yə yüksəlib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə Nazirliyi həftəlik mətbuat konfransında açıqlayıb.
Konfransda verilən açıqlamada deyilib:
"Həyata keçirilən terrorla mübarizə əməliyyatlarında:
- Son bir həftədə 44 terrorçu zərərsizləşdirilib.
- Beləliklə, yanvarın 1-dən zərərsizləşdirilən terrorçuların sayı 452-yə çatıb ki, onlardan 186-sı İraqın şimalında, 266-sı isə Suriyanın şimalındadır.
- Suriyanın şimalında həyata keçirdiyimiz "Bahar Qalxanı" əməliyyatının 5-ci ildönümündə (27 fevral 2020-ci il) əbədiyyətə qovuşmuş bütün əziz şəhidlərimizi və qəhrəman qazilərimizi bir daha rəhmətlə yad edirik. Qazilərimizə, şəhid və veteranlarımızın dəyərli ailələrinə hörmət və minnətdarlığımızı bildiririk".
Oksana