Türkiyə NATO-dan ayrıla bilər: Küçələrində terrorçu gəzən ölkələr...

Türkiyə NATO-dan ayrıla bilər: Küçələrində terrorçu gəzən ölkələr...
DÜNYA
16:00 24.05.2022
803
Türkiyə NATO-dan ayrıla bilər.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı İsveç və Finlandiyanın NATO-ya üzv olmaq üçün müraciətinə qarşı çıxıb.
 
Prezident Ərdoğanın da terrora dəstək verdikləri üçün iki ölkənin üzvlüyünə qarşı çıxmasının ardından Baxçalı da bu məsələdə NATO-ya etiraz edib. "Biz NATO ilə razılaşa bilmədik. Lazım gələrsə, NATO-dan çıxmaq belə gündəmə gətirilməlidir”.
 
Baxçalı sözlərini belə davam etdirib: "ABŞ prezidenti Bayden bu iki ölkə ilə isti münasibətdədir və tam dəstək bəyanatı verib. Çünki ABŞ və İsveç arasında müdafiə, kəşfiyyat və hərbi sahədə köklü əməkdaşlıq prosesi, uzun müddətdir qüvvədədir. Çox danışılır, amma heç bir nəticə yoxdur. Əsas gündəm Türkiyədir. İsveç PKK-nın aparıcı silah təchizatçılarından biridir. Tökülən şəhid qanlarında İsveç və Finlandiyanın barmaq izlərinə necə göz yumacağıq?
 
Hələ də küçələrində terrorçu gəzdirən bu dövlətlərə necə anlayış göstərəcəyik? Türkiyə müstəmləkə ölkə olmayacaq. Heç kim Türkiyəni təhdid etməyə cəhd etməməlidir. İsveç hökuməti terrora maliyyə vəsaiti ayırıb, yaralı satqınları müalicə edib, hətta baş nazir də terrorun yayılmasında iştirak edib. Türk milləti bu rəzaləti necə dəstəkləsin?”.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR