Türkiyə ordusu son 3 gündə 56 terrorçunu məhv edib

Türkiyə ordusu son 3 gündə 56 terrorçunu məhv edib
DÜNYA
19:57 25.12.2023
156
Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatları nəticəsində 56 terrorçu zərərsizləşdirilib.

Məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, dekabrın 23-də terrorçuların mövqelərinə endirilən hava zərbələri nəticəsində azı 26 terrorçu məhv edilib.

Sonrakı günlərdə "Pençe-Kilit” əməliyyat bölgəsində keçirilən əməliyyatlar zamanı 30 terrorçu zərərsizləşdirilib. Bununla da son üç gündə məhv edilən terrorçuların sayı 56-ya çatıb.

Qeyd edək ki, dekabrın 22-23-də İraqın şimal bölgəsində terrorçuların xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 12 hərbçi şəhid olub.
OXŞAR XƏBƏRLƏR