Türkiyə ordusu Suriya və İraqda əməliyyat keçirib, altı terrorçu öldürülüb

DÜNYA
19:35 11.09.2024
158
Türkiyə Silahlı Qüvvələri İraqın və Suriyanın şimalında yeni əməliyyat keçirib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, İraqın şimalındakı "Pəncə-Kilit” əməliyyat bölgəsində PKK-nın bir, Suriyanın şimalındakı "Fırat Qalxanı" və Münbiç bölgələrində isə PKK/YPG-nin beş terrorçusu öldürülüb.

Nazirlik əməliyyatların davam edəcəyini bildirib.
OXŞAR XƏBƏRLƏR