05:01 Bazar Ertəsi, 22 Oktyabr 2018
TOP4

Türkiyə prezidenti azərbaycanlı atleti təbrik edib

10:16, 10.08.20182916
Türkiyə prezidenti azərbaycanlı atleti təbrik edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın paytaxtı Berlində atletika üzrə Avropa çempionatında qızıl medal qazanan sprinter Ramil Quliyevi təbrik edib.

AZXEBER.COM report.az-a istinadən bildirir ki, prezident mənbələrindən verilən məlumata görə, Ərdoğan Türkiyə millisinin Azərbaycan əsilli idmançısına telefonla zəng edib.

Ərdoğan telefonda qızıl medal ilə bütün Türkiyəni qürurlandıran Ramil Quliyevi təbrik edərək ona gələcək karyerasında uğurlar arzulayıb.

Prezident həmçinin R.Quliyevə ayrıca təbrik teleqramı da göndərib.
XƏBƏR LENTİ