xari

Türkiyə Ramazan ayında karantini yenidən sərtləşdirir

DÜNYA
20:35 13.04.2021
441
Türkiyədə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində karantin rejimi daha da sərtləşdirilib.
 
AZXEBER.COM Agentliyi xəbər verir ki, bu barədə qərar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə aprelin 13-də keçirilən Nazirlər Kabinetinin toplantısında qəbul edilib.

Qərara əsasən, ölkə ərazisində tətbiq olunan komendant saatının vaxtı artırılır və bundan sonra 19:00-dan 05:00-dək olan müddəti əhatə edəcək.

Həmçinin, ölkə sakinlərinin şəhərlərarası hərəkəti də qadağan olunub.

Sözügedən tədbirlər Ramazan ayının ilk iki həftəsini əhatə edəcək.

OXŞAR XƏBƏRLƏR