Türkiyə şirkəti Azərbaycan şirkətini məhkəməyə verdi - Oxşar şokalad istehsalına görə

İQTİSADİYYAT
00:25 30.06.2014
3070

Türkiyənin məşhur “Şölen Çikolata Gida San.Ve Tic. A.Ş.” şirkəti Azərbaycandakı məşhur “Koroğlu” şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. 

AZXEBER.COM-un  “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, Türkiyə şirkəti “Koroğlu” MMC-yə qarşı qaldırdığı iddiada əmtəə nişanlarından, eynicinsli əmtəə nişanlarına oxşar əmtəə nişanlarından qanunsuz istifadənin qadağan edilməsini tələb edir.

Həmçinin, türk şirkəti dəymiş zərərə görə kompensasiya ödənilməsini də istəyir.

Türkiyə şirkətinin qaldırdığı məhkəmə iddiasına 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

İddiada üçüncü tərəf qismində Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi göstərilib.

Qeyd edək ki, Türkiyənin “Şölen” brendli şokolad və digər məhsulları Azərbaycanda da məşhurdur.

 

OXŞAR XƏBƏRLƏR