Suriya ordusu isə hədələyir
AZXEBER.COM musavat.com-a istinadən bildirir ki, "Reuters" agentliyinin xəbərinə görə, Suriya ordusu bəyan edib ki, Suriyanın cənub-qərb ərazisindəki hava məkanını bütün təyyarələr və dronlar üçün qapadıb. Bu əraziyə daxil olan istənilən uçaq düşmən hədəf kimi dərhal məhv ediləcək.
"Reuters" agentliyi bu xəbəri Suriyanın "SANA" dövlət agentliyinə istinadən verib.
"Reuters" agentliyinin Türkiyənin "Anadolu" agentliyinə istinadən yaydığı digər xəbərində isə bildirilir ki, Türkiyə ordusu Suriya ordusuna məxsus qırıcını İdlib yaxınlığında vuraraq, yerə salıb.