Türkiyə telekanallarında evlənən azərbaycanlı qadınlardan üzücü xəbər

Türkiyə telekanallarında evlənən azərbaycanlı qadınlardan üzücü xəbər
Bütün Xəbərlər
15:33 11.05.2015
3574
Uzun illərdir ki, Türkiyənin bir çox telekanallarında evlənmə verilişləri yayımlanmaqdadır. İddia edə bilərik ki, hətta bizim bəzi telekenallar qardaş ölkənin teleməkanından bəzən bu tipli verilişləri “copy-past” edib Azərbaycana da gətiriblər. Ancaq toxunacağımız məsələnin başqa tərəfidir. Sirr deyil ki, Azərbaycan telekanallarının evləndirdikləri cütlüklərin 80-90 faizi boşanıb. Bəs anoloji vəziyyət Türkiyədə necədir? Nədən ki, Türkiyənin bu tipli verilişlərində azərbaycanlı xanımlara da az rast gəlinmir. Efirdəcə evlənmək qərarı verənlər içərisində azərbaycanlı xanımlar azlıq təşkil etmir. Görəsən, onlar doğrudanmı evlənirlər? Bu evlilik uzunömürlü ola bilirmi? Bəribaşdan onu deyə bilərik ki, azərbaycanlı xanımlar efirdə evləndiklərini söyləməklə iki ciddi məqamı xeyirlərinə həll etmiş olurlar. Birincisi, qohum-qardaşlarını töhmətdən qurtarırlar. İkincisi isə öz barələrində ciddi fikir formalaşdırırlar.
“Willows Foundation”in Türkiyə nümayəndəliyinin rəhbəri Rahimə Akdoğan məsələ ilə bağlı modern.az-a həyacan dolu məlumatlar verib. O qeyd edib ki, bir çox hallarda sərhəddən kənardan gələn qadınların böyük əksəriyyəti üzərlərinə qoyulan “adı” silmək üçün bu addımı atırlar. “Yəni haqqında dedi-qodu edən, min fikrə düşən qohum-əqrəba, qonşular onun qanuni şəkildə ailə qurduğunu görür və bununla da məsələ bitir. Ancaq apardığımız araşdırmalar göstərir ki, xüsusilə Türkiyə vətəndaşları ilə nikaha daxil olan azərbaycanlı qadınlar sonradan türk “koca”larının qazanc mənbəyinə çevrilirlər. Və məsələ budur ki, onlar bunu əvvəlcədən bilirlər”.
Bu cür nikaha daxil olan qadınların aqibəti barədə Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə hansısa şikayətlər daxil olubmu? Ümumiyyətlə, bu yöndə hansı tədbirlərin həyata keçirilməsi nəzərədə tutulub? Komitənin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlova bununla bağlı modern.az saytına deyib. “Qanunla nikaha daxil olmaq könüllülük prinsipi üzərində qurulub. Əlbəttə, yaxşı olardı ki, hər bir vətəndaş öz ölkəsində, tanıdığı, bildiyi, qarşılıqlı ünsiyyətdə olduğu insanla ailə qursun. Bu daha düzgün və daha etibarlıdır. Amma təəssüflə bildirmək istəyirəm ki, bəzən xoşagəlməz hallar da müşahidə edilir. Məsələn, Türkiyə və bu kimi ölkələrdəki evlənmə verilişlərinə ailə qurmaq adıyla çıxan azərbaycanlılar olur. Hansı ki, efirdə ailə qurduqlarını bəyan etsələr də, sonradan aqibətləri heç də yaxşı olmur. Bizim bu barədə rəsmi olaraq məlumatımız olmur. Çünki onlar hansısa bir formada ora gedirlər”.
Aynur Veysəlova bildirib ki, fərdi olaraq hər bir şəxs nikaha daxil olmağa məsuliyyətlə yanaşmalıdır: “Hər bir şəxs düşünməlidir ki, nə dərəcədə ailə qurmağa hazırdır və bu addımı atır. Ona görə də təkcə Türkiyədə evlilik verilişlərinə çıxanlar deyil, bütün qadınlarımız və kişilərimiz anlamalıdrılar ki, nikaha girmək və onu davam etdirmək böyük məsuliyyətdir. Onu hisslərlə, emosiyalarla olan tərəfilə yanaşı hüquqi vətəndaş tərəfi də var. İnsanlar kimliyindən asılı olmayaraq belə məqamlara diqqət yetirməlidir ki, sonradan xoşagəlməz hallarla üz-üzə qalmasınlar. Bu, çox vacib məsələdir, xüsusilə qadınlarımıza çağırış edirik ki, bu məsələyə məsuliyyətlə yanaşsınlar”.
Komitə rəsmisi eyni zamanda deyib ki, Türkiyədəki verilişlərdə nikaha daxil olanlardan komitəyə müraciət edən olmayıb.
OXŞAR XƏBƏRLƏR