Türkiyədə 4 nazir istefaya göndərildi

DÜNYA
00:52 25.01.2013
1422

Daxili işlər, mədəniyyət və turizm, təhsil və səhiyyə nazirləri tutduqları vəzifələrdən azad ediliblər

Türkiyədə 4 nazir istefaya göndərilib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu gün ölkənin daxili işlər, mədəniyyət və turizm, təhsil və səhiyyə nazirləri tutduqları vəzifələrdən azad edilib. Bu barədə Türkiyə prezidenti Abdulla Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanın görüşündən sonra yazılı açıqlamada bildirilib. Açıqlamaya əsasən, İdris Naim Şahin, Ertoğrul Günay, Ömər Dinçər ve Rəcəb Ağdağ tutduqları vəzifələrdən azad edilib. Artıq yeni təyinatlar da məlumdur. Yeni qərarla daxili işlər naziri vəzifəsinə Müəmmar Gülər, mədəniyyət və turizm naziri vəzifəsinə Ömər Çəlik, təhsil naziri vəzifəsinə Nəbi Avcı və səhiyyə naziri vəzifəsinə Mehmet Müəzzinoğlu təyin olunub.

OXŞAR XƏBƏRLƏR