Ağaca çırpılan avtomobil iki yerə bölündü.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, avtomobildə 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
Belə ki, sürücüsü naməlum olan avtomobil idarəetməni itirərək bir ağaca çırpılıb. Maşının yarıya bölünmüş hissələri əraziyə səpələnib. Metal yığınına çevrilən avtomobildə olan Salih Taşkafa (19 yaş) və Sevgi Horumduz (18 yaş) hadisə yerindəcə keçinib.
Hadisə nəticəsində yaralanan M.S. adlı şəxs (20 yaş) təcili yardımla xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Oksana