Türkiyədə avqustun sonunadək meşələrə giriş qadağan olunur

Türkiyədə avqustun sonunadək meşələrə giriş qadağan olunur
DÜNYA
19:11 21.07.2022
356
Türkiyədə havanın temperaturunun yüksəlməsi ilə əlaqədar avqustun sonuna qədər meşələrə giriş qadağan edilib.

AZXEBER.COM bildirir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) tərəfindən ölkənin 81 əyalətinin başçılarına göndərilən bildirişdə deyilir.

Qeyd olunub ki, bundan əlavə, meşəlik ərazilərə yaxın olan yerlərdə toy, şənlik və yanğına səbəb ola biləcək digər mərasimlərin keçirilməsi də qadağan olunur.
OXŞAR XƏBƏRLƏR